Azərbaycanda mənzil bazarında qiymət artımının tempi sabitləşməkdədir. Bu barədə Azərbaycan Mərkəzi Bankının maliyyə hesabatında məlumat verilib. Hesabata əsasən, 2026-cı il yanvarın 1-nə olan vəziyyətə görə, ölkədə mənzil qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% artıb.
Digər tərəfdən, son günlər yağan intensiv yağışlar daşınmaz əmlak bazarına müəyyən təsir göstərib. Xüsusilə Bakının bəzi ətraf ərazilərində yerləşən həyət evlərinin qiymətlərində nisbi ucuzlaşma müşahidə olunur. Məlumata görə, su basma problemi ilə üzləşən ərazilərdə yaşayan sakinlərin bir qismi evlərini satışa çıxarır və ya daha təhlükə