"Həzi Aslanov" stansiyasının açılış tarixi məlum oldu - RTV

"Həzi Aslanov" stansiyasının dalan hissəsində aparılan təmir və yenidənqurma işlərinin növbəti mərhələsi tamamlanıb. Dalan hissəsi qatarların çevik hərəkətini, intervalın tənzimlənməsini və texniki xidmətin yaxşılaşdırılması üçün əsas sahələrdən biri hesab olunur.

Əvvəlki mərhələdə bu ərazidə köhnə infrastruktur və konstruksiyalar götürülmüş, işlərə hazırlıq məqsədi ilə yeni metal qurğular quraşdırılmışdır. Təmir işləri 280 metr ərazidə üç hissə üzrə aparılıb və hazırda 210 metrə yaxın hissədə yenidənqurma işləri yekunlaşdırılır.

İnfrastrukturun yenilənməsi və təhlükəsizlik standartlarının artırılması istiqamətində həyata keçirilən layihələr sırasında mühüm yer alan "Həzi Aslanov" stansiyasının dalan yollarının əsaslı təmiri və yenidən qurulması işləri üzrə növbəti mərhələ başa çatmışdır.

Bu dalan yollarının inşasına 1980-ci illərdə başlanmışdır. Lakin sonradan uzun müddət tikintisi yarım qalmışdır və açıq hava şəraitində saxlanmışdır. Ulu öndərin dəstəyi nəticəsində 2002-ci ildə dalan yollarının inşası tamamlanmış və istismara verilmişdir. İşlərin tamamilə yekunlaşması və dalan yollarının istismara verilməsi cari ilin sonuna qədər planlaşdırılır.

Görülən işlər çərçivəsində yan divarlar və döşəmədə bütün ərazi boyunca məhlul vurma yekunlaşdırılıb. Xüsusi boya maddələrinin vurulmasına hazırlıq tədbirləri görülür. Tavan hissədə isə izolyasiya işləri aparılmaqla məhlul vurma əsasən yekunlaşıb. Plana uyğun olaraq örtük tavasının daha da gücləndirilməsi məqsədi ilə karbon lifli müasir inşaat materialları ilə izolyasiya aparılacaq. Orta yolların arakəsmə divarlarından təmirinin ilk iki mərhələsinə düşən hissəsi yenidən inşa edilib. Qeyd edilənlərlə yanaşı infrastrukturun qurulmasına da başlanılıb. Hazırda paralel olaraq drenaj xətləri çəkilir.