"Kartdan kart"a köçürmə DAYANDIRILIR: Artıq bütün ödənişlərə aiddir - RTV

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti alış-veriş zamanı POS terminallarının tətbiqindən imtina və kartdan karta köçürmə hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Bu hallar iaşə və pərakəndə ticarət obyektlərində keçirilən monitorinq və operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilir.

Dövlət Vergi Xidməti vergi ödəyicilərinin nəzərinə çatdırır ki, POS terminallar vasitəsilə həyata keçirilən ödənişlər həm şəffaflıq, həm təhlükəsizlik, həm də maliyyə intizamı baxımından vacibdir. Pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürmə əməliyyatı vasitəsilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulması deməkdir.

Qeyd edək ki, POS terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə 1000 manatdan 6000 manata dək məbləğdə maliyyə sanksiyası tətbiq olunur.

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli məsələ ilə bağlı bildirib:

"Hazırda kartdan karta pul köçürmələri vergidən yayınma üsulu kimi ictimai iaşə obyektlərində geniş yayılıb. Bu, bir qanun pozuntusudur, əslində. Hər bir sahibkar öz dövriyyəsini kassa aparatı və yaxud POS terminallar vasitəsilə sistemdə əks etdirməlidir və ondan vergi verməlidir. Sahibkarlar məhz bu vergidən yayınmaqdan ötrü kartdan karta köçürmələrdən geniş istifadə edirlər. Bunun qarşısını almaqdan ötrü müəyyən tədbirlər görülə bilər. Yəni o, həyata keçirilən tranzaksiyaların izlənilməsi həyata keçirilməlidir banklar tərəfindən və bu izləmələr nəticəsində şübhə doğuran o tranzaksiyaların siyahısı vergi idarəsinə, müvafiq vergi müşahidə idarəsinə göndərilməlidir və onlar da tədqiqatlarını apararaq bu köçürmələrin hansının vergidən yayınma üsulu olduğunu müəyyənləşdirib, həmin o köçürmələri sahibkarın vergi bazasına yerləşdirib, ondan vergi tutulmalıdır, üstəgəl müəyyən qanun pozuntularına görə gərəkən addımlar atılmalıdır. Yəni qanunvericilik bunu deyir. Amma məsələ burasındadır ki, Azərbaycanda vergi yükü də çoxdur. Hesab edirəm ki, kiçik sahibkarların vergi yükü azaldılmalıdır, hesabat forması sadələşdirilməlidir, sadələşdirilmiş vergi sistemi tətbiq edilməlidir. Bununla da sahibkarın vergiyə cəlb olunması stimullaşdırılmalıdır, üstəgəl yuxarıda qeyd etdiyimiz nəzarət sistemi ilə də sahibkarın vergidən yayınma yolları aradan qaldırılmalıdır."

Dövlət