Bakı şəhərində parklanma qaydalarına əməl edən sürücülər belə cərimələnirlər. Belə ki, paytaxtda bəzi parklanma yerlərində həm uzununa, həm də eninə nişanlanma xətlərinin olması sürücülərdə çaşqınlıq yaradıb.
Sürücülərdən biri şəhərin Əhməd Rəcəbli küçəsində oxşar halla üzləşib. O, avtomobilini qaydalara uyğun park etməsinə baxmayaraq, 20 manat məbləğində cərimələnib. Sürücü bu vəziyyətdən şikayətlənərək məsələyə aydınlıq gətirilməsini tələb edib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi belə hallarda avtomobili hansı qaydada saxlamağın lazım olduğu ilə bağlı sualın cavabı olaraq bildirib ki, parklanma yerləri təşkil edilərkən nişanlanma xətləri ilə yanaşı, parklanmanı tənzimləyən müvafiq yol nişanları da qurşdırılır. Əsas istiqamətləndirici isə 7.1.6, 7.1.7 nömrəli nəqliyyat vasitəsinin duracağı qoyulma üsulu əlavə məlumat nişanıdır.
Qurumdan qeyd edilib ki, sürücülər belə hallarda avtomobili həmin nişanın tələbinə uyğun park etməlidirlər. Tərəddüd yarana təqdirdə isə ərazidə xidmət göstərən bələdçidən məlumat almaq lazımdır.