Dubayda keçirilən xeyriyyə hərracında nadir mobil telefon nömrəsi rekord qiymətə satılıb. Yeddi ardıcıl rəqəmdən ibarət olan bu nömrə hərracın ən diqqətçəkən əşyası olub.
Hərracda satışa çıxarılan 058 7777777 mobil telefon nömrəsi 26,200 ABŞ dolları başlanğıc təklifi ilə start götürüb. Cəmi bir neçə saniyə ərzində bu nömrəni əldə etmək üçün təkliflər sürətlə artıb.
Yekunda 058 7777777 mobil telefon nömrəsi 872,000 ABŞ dollarına satılaraq rekord göstəriciyə imza atıb.