Pensiya alanlara şad xəbər - Başa çatdı - RTV

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının pensiyalarının ödənişinə start verilib.

Nazirlikdən verilən məlumata görə, iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə təyin olunmuş pensiyaların ödənilməsinə başlanılıb.

Bu gün isə ölkənin digər bölgələri üzrə iyul ayının pensiyaları təyin edilmiş şəxslərə ödəniləcək.

Qeyd edək ki, bu ilin yanvar ayından pensiyaların verilməsi prosesi daha da asanlaşdırılıb. Pensiyalar əvvəlki illərlə müqayisədə daha tez nağdlaşdırılaraq təyin olunmuş şəxslərə çatdırılır.