Bu ilin yanvar-mart aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 11% çox olmaqla 1 milyard 955 milyon manat vəsait yönəldilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Cari ilin əvvəlindən pensiyalar 9,3% indeksləşdirilərək artırılıb. Artımdan sonra orta aylıq pensiya 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 632 manata çatıb.
Yanvar-mart ayları ərzində 11 min elektron pensiya təyinatına başlanılıb. 2019-cu ilin əvvəlindən isə ümumilikdə 190 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.