Pensiyalarla bağlı mühüm xəbər - RƏSMİ - RTV

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu cari ilin birinci yarımilində dövlət büdcəsi hesabına 1 milyon 39 min şəxsə 1 milyard 126 milyon manat müavinət və pensiya təqaüdü ödəyib. Bunlardan 505 min nəfərə müavinət olaraq 634 milyon manat, 405 min nəfərə pensiya təqaüdü olaraq 407 milyon manat, 129 min nəfərə isə sosial sığorta hesabı na müavinət olaraq 85 milyon manat ödənilib.

Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 15%, təqaüdlər üzrə 17%, sosial sığorta hesabı na müavinətlər üzrə 6% çox olub.