Prezident "Həkəriçay" su anbarının təməlini qoydu - RTV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Laçında "Həkəriçay" su anbarının təməlini qoyub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə layihə barədə məlumat verib.

Bildirilib ki, layihəyə əsasən, Azərbaycanın hüdudlarında formalaşan "Həkəriçay"ın üzərində ümumi tutumu 10 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarı yaradılacaq. Su buraxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək.