Sumqayıtda qatarla benzin daşıyan maşın toqquşdu - Xəsarət alanlar var - RTV

Sumqayıt şəhərində qəza baş verib. Saat 22:22-də Sumqayıt stansiyasının çıxışında hərəkətdə olan qatarla yol hərəkəti qaydalarını pozaraq dəmir yolu keçidindən keçməyə çalışan benzin daşıyan avtomobil toqquşub.

Qeyd olunur ki, maşın təcili tormozlasa da, məsafə az olduğu üçün toqquşma qaçılmaz olub. Nəticədə, qatar relsdən çıxıb, avtomobilin sürücüsü isə xəsarət alıb.

Fövqəladə hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər yanğınsöndürmə idarəsinin qüvvələri hadisə yerinə cəlb olunub.