İyunun 21-dən etibarən avtomobillər üçün icbari sığorta haqqının hesablanması qaydalarında dəyişikliklər qüvvəyə minəcək.
Yeni qaydalara əsasən, sığorta haqqı müəyyən edilərkən yalnız avtomobil sahibinin deyil, nəqliyyat vasitəsini idarə etmək hüququ olan digər şəxslərin də sığorta tarixçəsi nəzərə alınacaq.
Emil Ağabağırov, sığorta eksperti, bu məsələ ilə bağlı məlumat verib.
"Bir avtomobil üzrə bir neçə şəxs etibarannamə verilibsə və yaxud etibarannamə varsa, bu halda sığorta müqaviləsi bağlanan kimidə həmin şəxslərdən ən yüksək zərərlilik əmsalı kimdədirsə, məhz həmin əmsal sistem tərəfindən götürüləcək."
O, əlavə edib:
"Digər dəyişikliklər ondan ibarətdir ki, hadisə vaxtı zərər vuran tərəf, yəni sükan arxasında kim olacaqsa, növbəti dəfə sığorta müqaviləsi bağlandığı zaman həmin sürücünün zərərlilik əmsalı əsas götürüləcək."
Belə ki, əgər hadisə vaxtı zərər vuran tərəf, yəni sükan arxasında olan şəxs, zərərli tərəf kimi qeydə alınarsa, onun sığorta tarixçəsi həmin şəxsin finkoduna hesablanacaq.
Emil Ağabağırovun sözlərinə görə, növbəti dəfə sığorta müqaviləsi bağlayan zaman artıq o daha çox sığorta haqqı ödəməli olacaq.
Bu cür hallarda sürücülər daha diqqətli olmalıdırlar, çünki edilən kiçik bir qəza belə sürücü üçün müəyyən çətinliklər yarada bilər.