Tarif Şurasından yeni QƏRAR: iyulun 23-dən qüvvəyə minir - RTV

Azərbaycanda bir sıra dərman vasitələrinin qiymətləri müəyyənləşdirilib. Bu barədə qərar Tarif Şurasının iyulun 21-də keçirilən iclasında qəbul olunub.

İclasda 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara və Şuranın 2015-ci il iyulun 23-də qəbul etdiyi qərarla təsdiq edilmiş təlimatıa uyğun olaraq tənzimlənib.

Ticarətə də farmasevtik formasının, təsir edici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Şuranın rəsmi internet saytının "Dərman vasitələri" bölməsinə yerləşdirilib.