Bakı-Tbilisi marşrutu üzrə qatar biletləri mövcuddur və 5500-ə yaxın bilet satışa çıxarılıb. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (ADY QSC) sədri Arəz Fərzəliyev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda yüksək tələbatı nəzərə alaraq sistemdə satış davam edir. Lakin, tələbatın çox olmasından müəyyən ləngimələr baş verir. Buna baxmayaraq, heç bir çətinlik yoxdur.