Azərbaycanda emal edilməmiş almazların idxal və ixracı ilə bağlı yeni cərimə tətbiq ediləcək. Bu barədə məsələ Milli Məclisin iclasında müzakirə edilən inzibati xətalar məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihədə qeyd edilir ki, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın beş rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə ediləcək. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.