Bakı şəhərinin Nərimanov rayonunda yerləşən otellərin birində dələduzluq hadisəsi qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək bank kartından 1800 manat oğurlandığını bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı Hüseynzadə müəyyən edilib və saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs zərərçəkəni oteldə zəng etmək bəhanəsi ilə aldadaraq mobil telefonunu ələ keçirib və həmin telefondan istifadə etməklə bank hesabındakı pul vəsaitini oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.