Ayaz Salayev və Müşfiq Hətəmovdan Kino Agentliyinə etiraz - İki qurumdan birgə bəyanat - RTV

Kino Rejissorlar Gildiyasının sədri Ayaz Salayev və Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKİA) müstəqil şirkətlərlə bağladığı müqavilələrlə bağlı bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, dövlət sifarişi və dəstəyi ilə istehsal olunan filmlərlə bağlı müqavilələr müəllif hüquqları, mədəniyyət və kinematoqrafiya sahəsindəki qanunvericiliyin tələblərinə uyğun tərtib olunmur.

Gildiya sədrlərinin fikrincə, bu sənədlər milli kino sənayesinin inkişafına maneə yaradır, rejissorlar və aktyorların normal yaradıcılıq fəaliyyətini məhdudlaşdırır.

Gildiyalar qeyd edirlər ki, müqavilələr "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "Mədəniyyət haqqında" və digər qanunlara uyğun hazırlanmalıdır. Həmçinin dövlət vəsaiti hesabına kino istehsalını tənzimləyən müqavilələrin peşəkar təşkilatlarla razılaşdırılması təklif olunur.

XÜLAS