Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova Fərranə Altsını bu vəzifədə əvəz edib. Bu gün isə artıq kollektivə təqdim edilib.
Qeyd edək ki, 58 yaşlı sənətçi Bülbüllər qrupunun yaradıcısı, Sənət Akademiyasının təsisçisi və rəhbəri, Türk Ağsaqqallar İctimai Birliyinin Mədəniyyət Komitəsinin sədridir.