Bakıxanovun evindən SON GÖRÜNTÜLƏR - Dövlət qurumları hələ də susur - RTV

Tarixçi alim, şair və tərcüməçi Abbasqulu Ağa Bakıxanovun doğulduğu evin bir hissəsi çöküb. RTV-nin müxbiri Aqil Qarayevin verdiyi məlumata görə, Bakının Əmircan qəsəbəsində yerləşən evin bir hissəsi yağış sularının təsirindən yararsız hala düşüb. Hazırda ev hər an uçma təhlükəsi ilə üz-üzə qalıb. Ev demək olar ki, sadəcə taxta dirəklərin üzərində dayanıb.

Yerli sakin Mirzəyev Rəşad vəziyyətlə bağlı danışıb:

"Bu evin çox qədim tarixi vardır. Aşağısının 13-cü, 14-cü əsrlərə aiddir. Burada Əmir Nizaməddinin at tövləsi olub, onun yaşadığı ev də həmin bu həyətdə, aşağıdadır. Yuxarı isə xanlıqlar dövrünə aiddir. Burada da böyük dahi mütəfəkkir alim Abbasqulu Ağa Bakıxanov 1794-cü ildə anadan olmuşdur. Uzun illər bu ev baxımsız vəziyyətdə, yəni ki, Mədəniyyət Nazirliyinin baxımsızlığı şəraitində, diqqət ayırmamasından, qeydə almamasından gəlib bu vəziyyətə düşmüşdür. Güclü yağışlardan sonra bir az da yəni çökmə oldu, divar uçdu. İndi gördüyünüz vəziyyətdədir ev. Yenə də biz hər yerə müraciət eləmişik, İcra Hakimiyyətinə müraciət eləmişik. İcradan gəlib baxıblar, amma ki, Mədəniyyət Nazirliyindən heç bir adam gəlməyib. Amma əvvəllər gəlib buranın layihəsini də çəkdilər, elədilər, həmçinin ki, gəlib düzəldəcək, baxacaq. Amma hələ bir nəticəsi yoxdur. Bu, mart ayının 31-dən baş verdi hadisə, uçuldu, töküldü yerə divar. Suraxanı İcra Hakimiyyətindən Adil müəllim şəxsən özü gəldi, baxış keçirdilər, elədilər. Fövqəladə rəy verib bura, fövqəladə baxış keçirdi, rəy verdi. Amma heç bir dövlət qurumu, başda Mədəniyyət Nazirliyi olmaqla, heç biri gəlib bərpa ilə məşğul olmur hələ ki indiyə qədər. Yuxarılar da görürsünüz ki, yavaş-yavaş orada da çat verir, yəni ki, tamamilə uçulub tökülüb, tarix məhv olmaq üzrədir burada. Hər an uça bilər yuxarılar da. Böyük fəlakət baş verə bilər, qonşular var burada, qonşuların evinin üstünə uça