Bu gün Azərbaycanda su çərşənbəsi qeyd olunur. Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulayırlar. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.