"Ətirşah" yeni əməkdaşlığa başladı - RTV

Fevralın 17-də "Ətirşah" butiki tərəfindən təşkil olunan master-klass baş tutub. Tədbir çərçivəsində "Ətirşah" butikinin təqdim etdiyi 21 ətirdən səkkiz seçilmiş ətir üzrə xüsusi master-klass keçirilib.

Master-klassda butikin təqdim etdiyi ətirlər haqqında məlumat verilib. Bildirilib ki, "Ətirşah" butikinin 21 ətri var və onlardan səkkizi "Ador" şəbəkəsində satışdadır. Hər bir ətrin öz fəlsəfəsi və mənası var. Bu ətirlər Azərbaycanın qoxusunu əks etdirir.

Master-klass zamanı iştirakçılara təqdim olunan ətirlərin artıq "Ador" mağazalar şəbəkəsinin beş filialında satışda olduğu qeyd olunub. Qurulan əməkdaşlıq sayəsində bundan sonra "Ətirşah" butikinin ətirlərini həm "Ətirşah" butikinin filiallarından, həm də "Ador" parfumeriya və kosmetika mağazalar şəbəkəsindən əldə etmək mümkün olacaq. Tədbir iştirakçıları ətirlərin tərkibi, notları və istifadəsi barədə ətraflı məlumat əldə ediblər.