"Halva-halva deməklə ağız şirin olmaz" - Bayram halvası necə bişirilir? - RTV

Hər il Ramazan bayramı yaxınlaşanda Qandaq kəndində xüsusi canlanma müşahidə olunur. Bu il Ramazan və Novruz bayramları üst-üstə düşdüyündən, kənddə ikiqat bayram əhval-ruhiyyəsi yaşanır.

Qandaqla yanaşı, qonşu kəndlərdən də gələn sakinlər hərə öz ailə fərdlərinin sayına və büdcəsinə uyğun düyü alırlar. Düyü təmizlənib yuyulduqdan və qurudulduqdan sonra "dingi" adlanan qədim alət vasitəsilə döyülür. Hazırlanmış undan bişirilən halva bayram süfrəsinə qoyulur. Bundan başqa, kənddə olan kimsəsiz və xəstə insanlar ziyarət olunur və onlara da mütləq düyü halvasından pay çıxarılır.

Qonşu kənd sakini ənənə barədə danışıb:

"Qonşu kənddən gəlmişik bura, özümüzün kəndində yoxdur. O ağaclar da yoxdur əslində, o daşlar var. Ağac istəyir ki, noğurları əkəsən, düzəldəsən, o dingi düzəldəsən. İndi düyü döyürük, yumuşuq, təmizləmişik, gətirmişik bura. Döyürük, ələkləyirik, un ələyən ələklərlə. Sonra olur düyü unu. Onu da aparıb bir gün qurudurux, sağ yaxşı, qıpquru olandan sonra tiyənlərə tökürük, qovururuk. Yaxşı qovrulandan sonra onu şərbət eləyirik, peçokda şərbət eləyirik, yoğururuk, xəmir yoğurulan kimi yoğurulur.