Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub. RTV-yə istinadən xəbər verilir ki, sədr postuna iki namizəd irəli sürülüb.
Namizədlər xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarovdur.
İttifaqdan məsələ ilə bağlı bildirilib ki, sədrliyə namizədlər konfransa yaxın vaxtda mətbuata açıqlanacaq. Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.
Şəfiqə Məmmədova hazırda ittifaq sədrinin səlahiyyətlərini icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.