Kosa və Keçəl “İçərişəhər”də sizi gözləyəcək - RTV

Kosa və Keçəl Novruz bayramı münasibətilə "İçərişəhər" metro stansiyasında sərnişinləri qarşılayacaq. Bakı Metropolitenində artıq hər il əlamətdar və bayram günlərində retro vaqonların nümayişi ənənə halını alıb.

Bu il də mart ayının 19, 20 və 21-i tarixlərində səhər saat 10:00-dan axşam saat 22:00-a qədər "İçərişəhər" metro stansiyasında həm retro vaqonları ziyarət etmək, şəkil çəkdirmək, həm də Kosa və Keçəllə maraqlı söhbətlər etmək mümkün olacaq. Kosa və Keçəl səhər saat 10:00-dan axşam saat 16:00-a qədər sərnişinlərin xidmətində olacaq.

RTV-nin müxbiri Xanım Cavanşirqızı hadisə yerindən bildirib ki, vaqonlar bayramla əlaqədar xüsusi bəzədilib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bu barədə məlumat verib:

"Hər bir sərnişinimiz bu vaqonlara daxil olaraq həmin dövrün ab-havasına uyğun olan vaqonlarda bir xatirə, bir şəkil çəkdirdə bilərlər. Bakı Metropoliten