Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində aktyor Erdem Kaynarca saxlanılıb. Bu barədə "Arka Sokaklar" serialının ssenaristi Birsen Altuntaş məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları "Arka Sokaklar" serialının çəkiliş meydançasında Erdem Kaynarca və onun avtomobilində axtarış aparıblar. Axtarış nəticəsində maşında heç bir narkotik maddə aşkar edilməyib. Polis əməkdaşları Erdem Kaynarca-nı müşahidəyə götürüblər.
Sözügedən hadisə səbəbindən serialın çəkilişləri bir həftə müddətinə dayandırılıb.