Mədəniyyət naziri Adil Kərimli, "RTV" telekanalının reportajına istinadən, kitabxanaların fəaliyyəti ilə bağlı iddiaları rədd edib.
Nazir, Milli Məclisin Mədəniyyət Komitəsinin kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri mövzusunda keçirilən ictimai müzakirələr zamanı çıxış edərək bildirib ki, son üç ildə aparılan monitorinqlər zamanı kifayət qədər məlumat toplanıb.
"Bu təhlillərin nəticələrinə əsasən sistemin daha səmərəli və dayanıqlı olması üçün konseptual yanaşma irəli sürülmüşdür."
Adil Kərimli, cəmiyyətdə bəzən rast gəlinən kitabxanaların bağlanması və ya onlara soyuq yanaşma kimi fikirlərin olduğunu qeyd edərək, bu iddiaların qəti şəkildə qəbul edilmədiyini vurğulayıb.
Nazir əlavə edib ki, kitabxanalar dövlət üçün prioritetdir və cəmiyyətin bilik və mədəniyyətinin formalaşmasında kitabxanaların rolu böyükdür.
Həmçinin, nazirlik kitabxanalarla bağlı dünya standartları əsasında yeni model formalaşdırıb.