Nizami Kino Mərkəzinin direktoru Əlisattar Quliyev vəzifəsindən azad edilib.
RTV-nin Report agentliyinə istinadən verdiyi məlumata görə, Əlisattar Quliyev müqavilə müddəti başa çatdığı üçün vəzifəsindən ayrılıb.
Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən bu məlumat təsdiqlənib.
Bildirilib ki, hazırda Nizami Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir.