Prezident sərəncam imzaladı - RTV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Sabir Rüstəmxanlının "Şərəf" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Sabir Xudoğlu Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib.

Qeyd edək ki, mayın 20-də Xalq şairinin 80 yaşı tamam olur.