Xalq artisti Rasim Balayev dəfn edilib. Mərhum Bakıda, Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində Rasim Balayevin yaxınları, sənət yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, Rasim Balayev ötən gün Türkiyədə müalicə aldığı Memorial Xəstəxanasında dünyasını dəyişib.