Türkiyədə müalicə olunan Rasim Balayevin SON DURUMU - RTV

Türkiyədə müalicə olunan xalq artisti Rasim Balayevin vəziyyəti stabildir. Bu barədə məlumatı Oxu.az-a aktyorun oğlu Ülvi Babayev verib.

Ülvi Babayevin bildirdiyinə görə, həkimlər atasının vəziyyətinin stabilləşdiyini bildiriblər.

"Həkimlərin dediyinə görə vəziyyəti normallaşır. Müalicələr müsbət nəticə verir. Hər gün müsbətə doğru dəyişir. Həkimlər bildiriblər ki, bir müddət həyəcanlanmaq olmaz. Ona görə də çox narahat etmirik. Qardaşım yanındadır. Onunla tez-tez danışırıq. Yaxın vaxtlarda vəziyyəti tam normallaşandan sonra həkimlərin məsləhət bildiyi vaxtda Bakıya qayıdacaq", - deyə Ülvi Babayev bildirib.

Xatırladaq ki, Rasim Balayevin səhhəti bir neçə gün öncə pisləşib və o, Türkiyədə klinikaların birinə yerləşdirilib. ATV xəbər yayımlayıb.