Fevralın 10-da Ətirşah və Marsol qrupunun birgə təşkilatçılığı ilə "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsi çərçivəsində Ətirşah butikdə rəsmi görüş baş tutub.
Tədbirin əsas məqsədi xanım sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi, milli dəyərlərin təşviqi və uğurlu tərəfdaşlıq modelinin inkişaf etdirilməsi olub.
"Uğurlu tərəfdaşlıqda xanım sahibkarlarla Ətirşah butikdə görüşümüz baş tutdu və bu görüşdə biz qonaqlarımıza milli fəlsəfəli olan ətirlərimizi təqdim etdik, tanış etdik. Görüşümüz uğurlu tərəfdaşlıqda xanım sahibkarlar layihəsi çərçivəsində xanım sahibkarlarla Ətirşah butikin bir görüşü oldu. İnanıram ki, bu görüş daimi və davamlı olacaq"
Görüş zamanı iştirakçılar milli ətirlərlə yaxından tanış olub, interaktiv viktorina keçirilib və layihə iştirakçılarına xatirə hədiyyələri təqdim edilib.
Görüş səmərəli müzakirələr və xoş ünsiyyət mühitində keçib.