Xalq artistinin cənazəsi Bakıya gətirildi - RTV

Xalq artisti Rasim Balayevin cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib. Cənazəni gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Bu gün Akademik Milli Dram Teatrında mərhum sənətkarla vida mərasiminin keçirilməsi, ardınca isə Birinci Fəxri Xiyabanda dəfn edilməsi planlaşdırılır.

Xatırladaq ki, Xalq artisti dünən İstanbulda yerləşən Memorial Xəstəxanasında vəfat edib.