Bu gün, 31 mart, Azərbaycanlıların Soyqırımı Günü qeyd edilir. Bu faciəvi hadisədən artıq 108 il ötür.
1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı qanlı soyqırım törədilib. Bu qırğınlar Bakı Soveti və Daşnak erməni silahlı dəstələri tərəfindən həyata keçirilib.
Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan isə itkin düşüb.
Qeyd edək ki, beynəlxalq miqyasda bu soyqırıma hələ də hüquqi qiymət verilməyib.