Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən üç qurumun ləğv edildiyi elan olunub. Ləğv edilən qurumlar 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli Cəmiyyətləridir (MMC).
Kreditorlara iki ay ərzində tələblərini həmin MMC-lərin hüquqi ünvanlarına təqdim etmək imkanı verilib.
Məlumata görə, 1 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin direktoru Əli Hüseynoğlu Hümbətov, 2 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin direktoru Səxavət Həsənoğlu Aslanov və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin direktoru isə Ustubat Heydəroğlu Niftəliyevdir.