Abbas Əraqçi Azərbaycana təşəkkür etdi - RTV

İranın Xarici İşlər Naziri Abbas Əraqçi, Yaxın Şərqdə müharibə başladıqdan və ABŞ ilə İsraillə münaqişə zamanı xaricdə qalmış İran zəvvarlarına göstərilən yardıma görə Azərbaycana təşəkkür edib.

O, bu barədə İranın Dövlət Televiziyasına verdiyi açıqlamada bildirib. Əraqçi, Azərbaycanla yanaşı, Türkiyə, Ermənistan, Əfqanıstan və Səudiyyə Ərəbistanına da xüsusi təşəkkürünü çatdırıb.