ABŞ Azərbaycanla kosmik sənayedə əməkdaşlığa və özəl sektorun iştirakı ilə ölkədə süni intellekt sahəsində məlumat emalı mərkəzlərinin yaradılması da daxil olmaqla rəqəmsal infrastruktura investisiyalara yardım etmək niyyətindədir.
Bu, fevralın 10-da Azərbaycan prezidenti İlham Əliyev və ABŞ vitse-prezidenti Ceyms Devid Vens tərəfindən imzalanmış strateji tərəfdaşlıq xartiyasının mətnində öz əksini tapıb. Sənəd süni intellekt üzrə tərəfdaşlıqların inkişafında qarşılıqlı əlaqənin genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı, tərəflər kosmik sahədə layihələri dəstəkləmək və rəqəmsal ekosistemə investisiyalar cəlb etmək niyyətindədirlər.