ABŞ Bəndər-Abbası vurdu: Müharibə başlayıb? - RTV

ABŞ ordusu İranın Qəşm və Bəndər Abbas limanlarına zərbə endirib. Lakin ABŞ-ın rəsmi nümayəndəsi Fox News telekanalına verdiyi açıqlamada bildirib ki, bu, müharibənin yenidən başlaması demək deyil.

Qeyd edək ki, ötən gün Bəndər Abbas limanında partlayışlar baş verib. İsrail tərəfi partlayışlarda hər hansı müdaxiləsinin olmadığını bəyan edib.

Həmçinin qeyd olunub ki, İran ordusu bir gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinə raket zərbələri endirmişdi.