ABŞ-ın vitse-prezidenti Ceydi Vens və rəsmi nümayəndə heyəti İranla aparılacaq danışıqlarda iştirak etmək üçün Pakistanın paytaxtı İslamabaddadır. Bu səfər, 2011-ci ildən bəri ABŞ vitse-prezidenti səviyyəsində Pakistana reallaşan ilk səfərdir.
Heyətdə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov və kürəkəni Cared Kuşner də yer alır. Qonaqları Pakistanın Xarici İşlər Naziri Məhəmməd İshaqdar qarşılayıb.
Nazir Dar tərəfləri konstruktiv dialoqa çağırıb və Pakistanın vasitəçilik missiyasını davam etdirəcəyini vurğulayıb.
İran tərəfindən danışıqları Parlament Sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi heyət aparacaq. Müzakirələrin əsas mövzuları müvəqqəti atəşkəs, Hörmüz boğazı və on maddəlik təklifdir.