İran və ABŞ arasında birbaşa danışıqların yeni raundu aprelin 16-da İslamabadda keçiriləcək.
Bu barədə "Atlantik" nəşri məlumat yayıb. Məlumata görə, vasitəçi ölkələrdən birinin diplomatı artıq Tehran və Vaşinqtonun bu mərhələyə prinsipial razılıq verdiyini bildirib.
ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında qarşı tərəfin əlaqə saxladığını və razılaşma əldə etmək istədiyini bildirib.