ABŞ İran yaxınlığında 20-dən çox hərbi gəmi yerləşdirib - RTV

Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələrinin İran yaxınlığında yerləşdirdiyi dəniz qruplaşması 20-dən çox hərbi gəmidən ibarətdir. Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun informasiya xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, iki təyyarədaşıyan gəmi – "Abraham Linkoln" və "George H.W. Bush" – Ərəbistan dənizində döyüş növbətçiliyi aparır. Bundan əlavə, bölgədə dəniz piyadalarını daşıyan üç böyük amfibiya gəmisi, idarə olunan raketlərlə təchiz edilmiş 13 esmines, iki sahil döyüş gəmisi və bir neçə mina axtaran gəmi yerləşdirilib. Həmçinin, əlavə olaraq daha bir idarə olunan raket esminesi də fəaliyyət göstərir.