ABŞ İranın gizli silah anbarlarını məhv etdi - RTV

ABŞ hərbi aviasiyası İran daxilindəki gizli silah anbarlarını yüksək dəqiqlikli silahlarla vurub. Bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı özünün X hesabında məlumat yayıb.

Bildirilib ki, bu zərbələrin əsas məqsədi İranın xaricdəki təsir gücünü azaltmaqdır. ABŞ qüvvələri İranın dərinliklərində yerləşən yeraltı hərbi hədəflərə dəqiq zərbələr endirməyə davam edir.