Amerika Birləşmiş Ştatları vitse-prezidenti C. D. Vens və həyat yoldaşı Uşa Vens Şəhidlər Xiyabanını ziyarət edib. Bu barədə ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Jacob Helberg sosial şəbəkə hesabında paylaşım edib.
Vens cütlüyü Şəhidlər Xiyabanında əbədi məşəl abidəsinin önünə əklil qoyub.