"Aliment tələb etmirik, uşaqları bölməyəcəyik" - RTV

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya-Ermənistan münasibətləri ilə bağlı səslənən fikirlərə ironik cavab verib. Simonyan Ermənistanın Rusiya ilə münasibətlərində yaranan gərginliyi siyasi proses kimi qiymətləndirib.

Alen Simonyan qeyd edib:

"Bizim Rusiya Federasiyası ilə boşanmaq kimi məqsədimiz yoxdur. Uşaqları da bölüşmürük. Əgər biz onlara lazım deyiliksə, niyə bu qədər müdaxilə edirlər? Hər yerdə deyirlər ki, Rusiyada Ermənistandakından daha çox erməni yaşayır. Güya Rusiya olmasaydı, Ermənistan ümumiyyətlə dövlət olmazdı. Bir stəkan suda fırtına qoparmağa ehtiyac yoxdur. Bu siyasətdir. Onlar öz mövqeyini bildirəcək, biz öz mövqeyimizi. Sonra oturub müzakirə edəcəyik. Onlar bir təklif verəcək, biz başqa. Bu siyasətdir. Nigah və qəyyumluq məsələsi deyil. Bizim nə aliment tələb etmək, nə də uşaqları bölüşmək kimi məqsədimiz var."