Anar Quliyev: WUF13 şəhərlərin gələcəyinə dair qlobal baxışın formalaşmasına töhfə verir - RTV

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində rəsmi açılışla bağlı mətbuat konfransı keçirilib.

Tədbirdə çıxış edən WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forumun şəhərlərin gələcəyinin formalaşdırılması baxımından mühüm qlobal platforma olduğunu bildirib.

"Forum müxtəlif ölkələrdən nümayəndələri, ekspertləri və mütəxəssisləri bir araya gətirərək urbanizasiya, dayanıqlı inkişaf və müasir şəhər idarəçiliyi sahəsində fikir mübadiləsinə imkan yaradır."

Anar Quliyev qeyd edib ki, forum çərçivəsində çoxsaylı sessiyalar, tədbirlər və müzakirələr təşkil olunur. O, vurğulayıb ki, platformada formalaşan geniş ekspertiza və bilik bazası iştirakçılar üçün faydalı təcrübə mübadiləsi imkanı yaradacaq.