Avropa son illərin ən güclü istilərindən biri ilə üz-üzədir. İspaniya, Fransa, İtaliya, Almaniya və digər ölkələrdə temperatur bir çox bölgələrdə 40-45 dərəcəyə çatıb.
Havanın kəskin istiləşməsi nəqliyyatda problemlərə və meşə yanğınlarına gətirib çıxarıb. Almaniyada, o cümlədən Münhen və Bavariya bölgələrində yüksək temperatur səbəbindən əhaliyə xəbərdarlıq edilib. Şəhərlərdə fövqəladə vəziyyət elan olunub.
Fransanın cənubunda isə isti hava və quraqlıq meşə yanğınlarını sürətləndirib.