Azərbaycan Avropa Parlamenti ilə əlaqələri dayandırdı - RTV

Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əlaqələrin dayandırılması ilə bağlı qərar qəbul edib.

Bu qərar Milli Məclisin bu gün keçirilən plenar iclasında Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyəti ilə bağlı yaradılan komissiyanın hazırladığı qərar mətnində öz əksini tapıb.

Qərara əsasən, Milli Məclisin Avropa İttifaqı çərçivəsində parlament fəaliyyətinə son qoyulub. Həmçinin, Avronest Parlament Assambleyası ilə əlaqələrə xitam verilməsi barədə proseslərə başlanılıb.

Sənəd səsverməyə qoyularaq qəbul edilib.