Azərbaycan və İran arasında quru sərhədi açıla bilər - RTV

Tehran və Bakı rəsmiləri arasında aparılan yüksək səviyyəli müzakirələrin nəticəsində iki ölkə arasında quru sərhədlərində sərnişin daşımalarının bərpası məsələsi yenidən müzakirəyə çıxarılıb.

RTV operativ məlumat mərkəzinə istinadən verilən xəbərə görə, bu barədə İran İslam Respublikasının mədəni irs, turizm və əsl sənədləri naziri Rza Salehi Əmiri Ərdəbil vilayətində deputatlarla görüşündə bildirib.

Seyid Rza Salehi Əmiri prezident Mənsur Pezeşkianın heyətində Azərbaycana etdiyi səfərin detallarını bölüşərkən, Azərbaycan dövlət başçısı İlham Əliyevin sərhəd qapılarının fəaliyyətinin bərpasına dair nikbin vədlər verdiyini vurğulayıb. Nazirin sözlərinə görə, rəsmi Bakı əvvəllər sərhədlərin bağlı qalmasını təhlükəsizlik mülahizələri ilə əsaslandırırdı, lakin hazırda bu maneələr aradan qaldırılıb və narahatlıqlar öz həllini tapıb.

Salehi Əmirinin fikrincə, sərhədyanı əlaqələrin intensivləşməsi təkcə ixracat potensialını və yerli iqtisadiyyatı canlandırmaqla qalmayacaq, eyni zamanda həmin bölgələrdəki turistik məkanların tanınmasına da şərait yaradacaq.