Şuşada iyulun 14-də Slovakiya prezidenti Peter Pellegrininin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Slovakiya prezidentinin şərəfinə fəxri qaraul dəstəsi düzülmüşdü.
Azərbaycan prezidenti İlham Əliyevin Slovakiya prezidenti Peter Pellegrini ilə geniş tərkibdə görüşü olub.
Geniş tərkibdə təkbirlərdən sonra prezidentlər mətbuata birgə bəyanatla çıxış ediblər.