Fevralın 19-da Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş çərçivəsində Azərbaycan Respublikasının doqquz vətəndaşı Almaniya Federativ Respublikasından geri qəbul edilib.
Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Məlumatda qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət reinteqrasiya üzrə işçi qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı, sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.