Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkan arasında baş tutmuş telefon danışıqları əsasında qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınıb.
İrana göndərilən humanitar yardımın ümumi həcmi 200 ton təşkil edir. Bu yardım müxtəlif növ ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlardan ibarətdir.
Humanitar yardımın tərkibi aşağıdakı kimidir: 190 ton ərzaq və qida məhsulları, 7 ton dərman vasitələri və 3 ton tibbi ləvazimatlar. Yük 10 yük avtomobili vasitəsilə İrana çatdırılır.