Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi - RTV

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi aprelin 12-də fəaliyyətini bərpa edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyətlə fəaliyyət göstərəcək. Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq, səfirliyin fəaliyyətinin mərhələli şəkildə tənzimlənməsi planlaşdırılır.